Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilir.
Bu barədə RegionTV.info xəbər verir.
Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atışma səslərinin eşidilməsi davam edir.
Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.
Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilib.
Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.
“RİA Novosti”
Xəbəri paylaş