2020-2023-cü illərdə valideynlərin uşaq hüquqlarından məhrum edilməsi və ya məhdudlaşdırılması bağlı 17 mülki iddia qaldırmışıq.
Bunu "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Baş Prokurorluğun əməkdaşı Hilal Abbasov deyib.
O deyib ki, verilmiş iddialardan 5-i valideynin uşağına zorakılıq göstərməsi, 8-i uşaqlar üçün düzgün həyat tərzinin təmin edilməməsi, 4 iddia isə maddi şəraiti yaxşı olmayan, 5-6 uşağa sahib ailələrin şəraitinin təmin olunması, uşaqların müvafiq müəssisələrdə yerləşdirilməsi ilə bağlı olub.
O bildirib ki, bu iddialardan əksəriyyəti təmin olunub.