Daxili İşlər Nazirliyi tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir",-məlumatda deyilir.