Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xarici jurnalistlər AZƏRTAC-ın müxbirinə görə Fransaya ÇAĞIRIŞ ETDİ

Xarici jurnalistlər AZƏRTAC-ın müxbirinə görə Fransaya ÇAĞIRIŞ ETDİ


AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.

 Rəsmi media orqanının yaydığı açıqlamada bildirilir ki, jurnalistin məhz Bakıdan gəldiyi üçün ölkəyə girişinə icazə verilməyib.

 “Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır", - məlumatda bildirilir.

Dünyanın nüfuzlu media orqanlarında çalışan jurnalistlər də Fransanın bu açıqlamasına reaksiya verib.

 

Böyük Britaniyanın “Daily Mail”,” Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven saytımıza açıqlamasında bildirib ki, absurd və qanunsuz səbəblərdən jurnalistlərin səyahət azadlığının qarşısı alına bilməz:

 

“Türkiyə-İngiltərə Jurnalistlər Cəmiyyəti olaraq azərbaycanlı həmkarımıza qarşı edilən haqsızlığı və qanunsuzluğu pisləyirik. Jurnalistə qarşı atılan bu kimi addım qəbuledilməzdir. Belə absurd və qanunsuz səbəblərdən jurnalistlərin səyahət azadlığının qarşısı alına bilməz. Biz Fransa rəsmilərini bu cür qanunsuz əməllərə son qoymağa çağırırıq. Bu kimi addımlar jurnalistlərə qarşı atılmış addımlardır.

 

Bir jurnalist olaraq bu məsələni təbii ki, qınayırıq. Bu kimi addımlarla jurnalistin fəaliyyətinə maneə törədilə bilməz. Eyni zamanda beynəlxalq hüquq və azadlıqlara qarşı atılan addımdır. Jurnalistlərə qarşı Fransa tərəfindən edilən bu davranışa mütləq dünyanındigər ərazilərindən olan jurnalistlər tərəfindən reaksiyalar verilməlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də