Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq - İcma sədri

Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq - İcma sədri


“Biz artıq bildirmişik ki, Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət aldıqdan sonra qayıdış olacaq”.

Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. 

 “Amma ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət olmalıdır. Bundan sonra qayıdış olmalıdır. İnsanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır. Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tam hüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub”, - o bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də