"Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında hərtərəfli tərəfdaşlıq haqqında saziş hazırlanır".
Bunu Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, sənədin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində imzalanması planlaşdırılır.
Qeyd edək ki, Aİİ və İran arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində uzun müddətdir, iş aparılırdı.