Qarabağdan qovulmuş separatçı tör-töküntünün qondarma “parlamenti” İrəvanda qapalı iclas keçirib.
Bu, separatçıların təslim olmasından sonra keçirdikləri ilk iclas olub.
Qondarma “Artsaxın İrəvandakı nümayəndəliyi"ndə keçirlən iclasda Bakıda həbsdə olan Davit İşxanyandan başqa bütün “deputatlar” iştirak edib.
Məlumata görə, separatçılar qondarma “Artsax məsələsi” üzrə “beynəlxalq komitə” yaradıblar. Qərara alınıb ki, “komitə” beynəlxalq platformalarda “Artsax məsələsi”ni qaldırsın və Qarabağa qayıdış məsələləri ilə məşğul olsun.
Qəzet yazır ki, Qarabağ separatçılarının İrəvanda səssiz toplanması və bu barədə KİV-ə məlumat verilməməsi Ermənistan hakimiyyətini qıcıqlandırmamaq məqsədi daşıyır. Çünki Paşinyan hakimiyyəti qondarma “Artsax qurumları”nın saxlanmasının əleyhinədir.
Xəbəri paylaş