
Kuba prezidenti Migel Diaz-Kanel İrana səfər edib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu, Fidel Kastronun İrana gəldiyi 2001-ci ildən bəri Kuba liderinin İslam Respublikasına ilk səfəridir.
Diaz-Kaneli İran Prezidenti İbrahim Rəisi qəbul edib, danışıqlardan sonra tərəflər bir sıra sazişlər və əməkdaşlıq memorandumları imzalamağı planlaşdırırlar.