Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Moldova məhsullarının idxalına qadağa tətbiq etdi

Rosselxoznadzor dekabrın 4-dən Moldovanın bəzi regionlarından bitkiçilik məhsullarının idxalına qadağa tətbiq edəcək.

Bu barədə idarənin yaydığı bəyantda bildirilir.


Qeyd edilir ki, qadağanın tətbiqinə səbəb tərəvəz və meyvələrdə karantin obyektlərinin sistematik şəkildə aşkarlanması hallarıdır ki, bu da Rusiyanın kənd təsərrüfatı istehsalına çox milyard dollarlıq ziyan vura bilər.

Bundan əlavə Moldovanın çirklənmiş məhsulların tədarükünün qarşısını almaq üçün heç bir tədbir görməməsi də bəyantda vurğulanır.

Eyni zamanda, Moldova Qida Təhlükəsizliyi Agentliyi (ANSA) Rusiyanın bu qərarını tənqid edib.

“Rusiyanın son qərarı əsassızdır və Moldova istehsalçılarına zərər verir. Bundan əlavə, bu, beynəlxalq fitosanitar prinsiplərinə ziddir və real arqumentlərə əsaslanmır”, – ANSA bildirib.

“Moldova meyvə və tərəvəzləri dünyanın 80-dən çox ölkəsinə ixrac edilir, bu il Avropa ölkələrinə gavalı və alma ixracının həcmi iki dəfə artıb. Rusiyadan başqa heç bir ölkədən qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb”, – agentlik vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də