Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

15 yaşlı qızın qəbrindən çıxanlar şoka saldı - FOTO

15 yaşlı qızın orta əsrlərə aid qalıqları aşkar edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə orta əsr icmasına aid qəbirdə 15 yaşlı qızın qalıqları diqqət çəkib.

Güman edilir ki, qızın ayaqları bağlanıb və üzü aşağı basdırılıb.

Arxeoloqlar qeyd ediblər ki, qızın qəsəbə sərhədində qeyri-adi basdırılması "özgəliyin" ifadəsidir.

Eksperti Don Uoker "Yəqin ki, biz bu gənc qadına böyüdüyü cəmiyyət tərəfindən necə baxıldığını heç vaxt dəqiq bilməyəcəyik, lakin onun dəfn olunma tərzi bizə göstərir ki, ona yaşadığı dövrdə fərqli baxılıb" deyib.

Mütəxəssislər vurğulayıb ki, qız üzüaşağı basdırılmaqla yanaşı, onun topuqlarının vəziyyəti onların bir-birinə bağlanmış ola biləcəyini göstərir.

Bu o deməkdir ki, cəmiyyət onun qəbirdən qayıtmaması üçün əlavə tədbirlər görüb.

Milli.Az



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də