Türkiyədə şagird tualetdə döyülüb.
Sonxeber.az Lent.az-a istinadla bildirir ki, hadisə Aksaray şəhərində yerləşən Şəhid pilot Hamza Gümüşsoy adına liseydə qeydə alınıb. 12-ci sinif şagirdləri olan 17 yaşlı O.Y. və C.K. 10-cu sinifdə oxuyan 15 yaşlı M.S.A.-nı tualetə salaraq, qapını kilidləyiblər. Daha sonra özlərinin "atəş musiqisi" adlandırdıqları mahnını qoşaraq, M.S.A.-nın oynamasını tələb ediblər. Uşaq imtina etdikdə biri onu tutub, digəri də üzünə və qarnına yumruq zərbələri vurub.
Hadisədən sonra zərərçəkən şagird direktor müavininə şikayət edib. Məktəb müdiri onun atasına, oğlunu döyənlərdən birinin hərbi liseyə sənəd verəcəyini və onun gələcəyini düşünün deyib. Bu isə zərərçəkənin atası Mesut A.-nı daha da qəzəbləndirib.
Hadisə ilə bağlı məktəbdə daxili yoxlama başlayıb.