Türkiyənin ağrı vilayətində məktəbli avtobsunun qəzaya uğraması nəticəsində 21 şagird xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şagirds\ləri aparan avtobus yük maşını ilə toqquşub.
Nəticədə 2-si ağır olmaqla 21 nəfər yaralanıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Ağrı Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Ağrı valisi Mustafa Koç xəstəxanaya gələrək yaralı şagirdlərin vəziyyəti ilə bağlı məlumat alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə