“Bavariya” ilə qolsuz heç-heçə edən “Kopenhagen” Çempionlar Liqasında “Qalatasaray”la keçirdiyi son qrup matçı öncəsi üstünlük əldə edib.
BAKU.WS xəbər verir ki, alman nəhəngi ilə matçdan sonra açıqlama verən "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup "Qalatasaray"ı hədəfə alaraq "Hələ işimizi bitirməmişik. İndiyə qədər qeyri-adi iş görmüşük. Taleyimizi özümüz təyin edəcəyik" deyib.
Danimarka yığması sarı-qırmızılara qalib gəlsə qrupdan çıxacaq.
Çempionlar Liqasının son həftəsində "Qalatasaray"la qarşılaşacaq "Kopenhagen" qalib gəlsə, qrupdan çıxacaq. "Qalatasaray" qalib gəlsə, sarı-qırmızılılar növbəti mərhələyə adlayacaq. "Qalatasaray" qalib gəlsə, "Mançester Yunayted" isə "Bavariya"ya uduzsa, "Kopenhagen" Avropa Liqasından ayrılacaq. Həm “Qalatasaray”, həm də “Mançester Yunayted” qalib gəlsə, “Kopenhagen” Avropa ilə vidalaşacaq.