Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Vosmoy" bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi" fəaliyyətini davam etdirir.

Milli.Az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq "8-ci km Ticarət Mərkəzi"nin adı dəyişir  və buna görə də bazar bundan sonra "8-ci km Ticarət Mərkəzi" adı altında fəaliyyət göstərməyəcək.

"Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur", - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

Milli.Az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də