Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xəzərdə təhlükəli dalğalar müşahidə olunur - XƏBƏRDARLIQ

Xəzərdə təhlükəli dalğalar müşahidə olunur - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti Xəzər dənizində müşahidə olunan təhlükəli dalğalar barədə məlumat yayıb.

 Xidmətdən verilən məlumata görə, Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük hündürlüyə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası.

 

Xəzər dənizi üzərində güclü, qasırğalı küləklər cərəyan edir və belə küləklərə təqribən ilin 250 günü rast gəlmək mümkündür. Sözsüz ki, bu küləklər dəniz səthini hərəkətə gətirir, dalğalanmaya səbəb olur. Sahilə yaxınlaşdıqca dalğaların dəniz dibinə sürtünüb zəiflədiyi halda dalğalanma dərəcəsinin qiyməti də azalır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də