Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndidə brend təhsil ocağı: "Qarabağ" universitetində hansı ixtisaslar olacaq?

Xankəndidə brend təhsil ocağı:


Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Universitetin yaradılmasında məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır.

 Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

 Qarabağ Universitetinin faəliyyətət başlaması bu regionda məskunlaşacaq əhalinin həyat təminatı üçün əsas amillərdən biri olacaq. 

 Qarabağ Universitetindən gözləntilərlə bağlı ekspertlərlə söhbət edib.

 Təhsil eksperti Elçin Əfəndinin fikrincə, yeni yaradılacaq universitetdə müasir ixtisaslara üstünlük verilməlidir:

 “Xankəndidə mövcud olan universitet vaxtilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filialı olaraq fəaliyyət göstərirdi. Buna görə də, pedoqoji yönümlü ixtisaslara qəbul aparılırdı. İşğaldan sonra təəssüflər olsun ki, həmin universitetində müvafiq olaraq ermənilər tərəfindən istifadə olundu.


Hazırkı durumu dəyərləndirsək, yeni yaradılacaq təhsil ocağı təbii ki, Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərəcək. Fikrimcə, yeni müasir ixtisaslara üstünlük verilməlidir. Əvvəlki dövrlərdən fərqli olaraq, təkcə pedoqoji ixtisaslarla kifayətlənmək lazım deyil. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları hansı qaydadadırsa, bu universitetə də qəbul həmin qaydada həyata keçiriləcək. Təkcə bakalavr deyil, magistr pilləsi üzrə hazırlıqlara yer ayrılmalıdır".

 

Ekspert Bakıda fəaliyyət göstərən hər hansı bir universitetin bu təhsil ocağına köçürülməsi fikrinə də müsasibət bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də