Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Samvel Şahramanyan hər gün Bakıya ZƏNG EDİR

Samvel Şahramanyan hər gün Bakıya ZƏNG EDİR


Qarabağdan qovulmuş separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın deyib ki, özünü buraxmış qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan Azərbaycanla təmasdadır.

Babayan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir, indi nə danışır, ondan soruşun”, - deyə o bildirib.

Babayanın sözlərinə görə, bu barədə qondarma “Artsaxdeputatları”na Şahramanyan özü məlumat verib.
 

Samvel Babayan onu da əlavə edib ki, Şahramanyan Qarabağ ermənilərinin evlərinə qayıtması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır.


O, Şahramanyandan hansı rəsmilərlə danışıqlar apardığını açıqlamayıb.

“Bunu “Artsax deputatları”ndan soruşun”, - o, jurnalistlərə kinayə ilə deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də