Dövlət Sərhəd Xidmətinin (DSX) Kütləvi informasiya vasitələri ilə iş şöbəsinin (Mətbuat Mərkəzi) rəisi Aftandil Abbasova yeni rütbə verilib.
Bundan əvvəl "polkovnik-leytenant" rütbəsi daşıyan zabitə "polkovnik" rütbəsi verilib.
Dünən Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində keçiriləcək çempionatın açılış mərasimi münasibəti ilə baş tutan mətbuat konfransında şöbə rəisi yeni rütbəsi ilə görünüb.
Qeyd edək ki, məlumatı ilk dəfə "Qafaqazinfo" yayıb.