Ana və uşaq ölümü dünyada, eləcə də ölkəmizdə də ciddi problemdir.
Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitəsinin təşkilatçılığı ilə baş tutan “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, ana və uşaq ölümü ilə bağlı ciddi rəqəmlə var.
"Amma deyə bilərəm ki, bu sahədə ölkəmiz xeyli uğurlar qazanıb. Səhiyyə sahədə ölkəmizdə islahatlar aparılır. Amma bu sahədə arxayınlaşmaq lazım deyil. Biz çalışmalıyıq ki, statistik rəqəmləri azaldaq. Düzdür, səhiyyədən çox şey asılıdır. Amma insanlar da özləri bəzi şeylərə riayyət etməlidir. Hələ də az da olsa xəstəxanadan kənar doğuş hallar baş verir. Bundan əlavə, erkən nikah hadisələri də var. Bu kimi hadisələr ana və uşaq ölümünü artıran hadisələrdir. Bunun qarşısını alamalıyıq”,- deyə o bildirib.