Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özləri Bakıda, övladları xaricdə yaşayan EKS-MƏMURLAR

Özləri Bakıda, övladları xaricdə yaşayan EKS-MƏMURLAR


Eks-məmurların övladları ilə bağlı müzakirələr sonuncu dəfə İkinci Qarabağ müharibəsi dövründə ictimailəşmişdi. (Məmurlar isə ayrıca mövzudur)

Sosial şəbəkələrdə açılan həmin müzakirələrdəki əsas sual belə idi: bəs eks-məmur övladları niyə müharibədə iştirak etmirlər?

O zaman sualın cavabı da elə müzakirələrdə verilmişdi: eks-məmur övladlarının əksəriyyəti Azərbaycandan kənarda yaşayır. 

Yüksək vəzifələr tutmuş şəxslərin övladları ilə bağlı məlumatları təqdim edir.

Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəridir. Onun restoran və əmlak biznesilə məşğul olduğu deyilir.

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Türkiyədə yaşadığı çoxdan məlumdur. Eks-nazirin özü də Modern.az-a açıqlamalarından birində oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu gizlətməmişdi.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun da oğlunun sorağı ölkə xaricindən gəlir. Belə ki, sabiq nazirin oğlu Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.

Eks-xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin. Elmar müəllimin özü Bakıda, oğlanları isə Amerikada yaşayırlar.

Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan eks-məmur övladları sırasında yer alır. O da hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır. Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu barədə məlumatlar var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də