
Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı baş tutub.
Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.
Səbuhi Şahverdiyev yeni vəziyəyə təyinatı ilə bağlı faktı Manset.az-a təsdiq edib.
Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.