
RegionTV.info-nun verdiyi xəbərinə görə, hərbçiləri daşıyan avtobus karvanı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 hərbçi ölüb, xeyli insan xəsarət alıb.
Xəsarət alanlardan 21-i xəstəxanaya yerləşdirilib.
Rusiya Müdafiə Nazirliyi hərbçilərin ölümünü təsdiqləyib.
İlkin məlumata görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.
“RİA Novosti”