Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azəriqaz” İB-nin “Gəncə Regional Qaz İstismar” İdarəsinə yeni təyin olunmuş rəisi Şirinov Hüseyn Gülməmməd oğlu ilə görüşüb.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Gəncə şəhərində də əhalininin qazla təminatının yaxşılaşdırılmasına yönələn işlərin bundan sonra da davam edəcəyini bildirən şəhər rəhbəri, Hüseyn Şirinova işlərində uğurlar arzulayıb.
Hüseyn Şirinov öz növbəsində Niyazi Bayramova səmimi görüş üçün təşəkkürünün bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Hüseyn Şirinov bundan öncə “Gəncə Regional Qaz İstismar” İdarəsində baş mühəndis vəzifəsində çalışıb.