Keçən il ən azı 57 milyon insan ekstremal iqlim hadisələri ilə əlaqədar ciddi qida çatışmazlığı ilə üzləşib.
Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən yayılan bəyanatda məlumat verilib.
“Ötən il Ümumdünya Ərzaq Proqramı 42 ölkədə 15 milyon insana pisləşən iqlim şəraitindən qorunmağa kömək edib. Bununla belə, əlavə 57 milyon insan ekstremal hava hadisələri səbəbindən kəskin aclığa məruz qalıb”, - deyə təşkilatın fəlakətlərin idarə olunması proqramının direktoru Gernot Laqanda bildirib.
Qeyd edək ki, noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransı keçiriləcək.