Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-da 3 fələstinli tələbə silahlı hücuma məruz qalıb




ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahla hücum edildiyi bildirilib.

Ştatın Burlinqtonq şəhərinin polisi dünən axşam saatlarında silahlı hücum xəbəri aldığını və hadisə yerində 3 universitet tələbəsinin yaralandığını açıqlayıb.

 Bildirilib ki, tələbələr Vermont Medical Hospitalda müalicə olunub və onların xəsarətləri həyati təhlükə yaratmır.

İngiltərədəki Fələstin missiyasının rəhbəri səfir Husam Zomlot sosial media hesabında tələbələrin adlarının Hişam Avartani, Kinnan Abdel Həmid və Tahseen Əhməd olduğunu açıqlayıb.

Zomlot tələbələrin axşam yeməyindən qayıtdıqdan sonra Fələstin keffiyehləri geyindikləri üçün hədəf alındığını müdafiə edərək, "Fələstinlilərə qarşı bu nifrət cinayətlərinə son qoyulmalıdır" çağırışı edib.

ABŞ-ın ən böyük müsəlman vətəndaş cəmiyyəti təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) tərəfindən edilən yazılı açıqlamada, cinayəti törədən və ya edənlərin həbsi üçün məlumat verənlərə 10 min dollar mükafat təklif edilib. 

CAIR Vermont ştatının və federal hüquq-mühafizə orqanlarını atışmada mümkün qərəzli motivi araşdırmağa çağırıb.

Polisin sözügedən silahlı hücumu törədən və ya edənləri axtardığı bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də