
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) HƏMAS-ın azad etdiyi üçüncü girov qrupunu qəbul etməyə başlayıb.
Bu barədə “Al-Qahera Al-Ekhbariya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Misir tərəfi artıq İsrail və HƏMAS arasında girovların və məhbusların mübadiləsi prosesinə başlayıb.
Bu qrupa 13 israillidən əlavə 5 başqa ölkə vətəndaşı da daxildir.
Onun sözlərinə görə, rusiyalı diplomatlar yaxın vaxtlarda azad edilmiş rusiyalıya baş çəkməyi planlaşdırırlar.
Noyabrın 25-də ABŞ Qəzzada humanitar atəşkəsin uzadılmasının mümkünlüyündən danışıb. Ağ Evin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərinə görə, Amerika tərəfi son qərarı Fələstinin Həmas hərəkatının verəcəyi qənaətindədir.