Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.