“Novosti-Georgia” Fransa mətbuatına istinadən xəbər verir ki, Parisdə Aleksandr Puşkinin nadir nəşrlərini oğurlamaqda günahlandırılan üç Gürcüstan vətəndaşı saxlanılıb.
24, 26 və 44 yaşlı bir kişi və iki qadın saxlanılıb.
Onlar Parisin Nanter ətrafında yerləşən İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosuna (OCBC) aparılıblar.
İstintaq həbs olunanların incəsənət əsərləri və biblioqrafik nadirliklərin oğurluğu üzrə ixtisaslaşmış beynəlxalq cinayətkar qrupun üzvləri olduğunu ehtimal edir.