Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir bank bağlanır?

Azərbaycanda daha bir bank bağlanır?


Azərbaycanda bu il ərzində 2 bank fəaliyyətini dayandırıb. Mərkəzi Bank "Günay Bank" və "Muğan Bank"ın lisenziyasını ləğv edib.

Ölkədə daha bir bankın bağlanacağı barədə xəbərlər yayılıb.

 "Bank BTB" bu yaxınlarda 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan məlum olur ki, Bank 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub. 2022-ci ilin müvafiq dövründə isə bank 5 milyon 714 min manat xalis zərər açıqlamışdı.

 

Cari ilin ilk 9 ayında "Bank BTB"nin cəmi öhdəlikləri 327 milyon 537 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3.3 milyon manat çoxdur. Bankın depozit portfeli (Müştərilərin depozitləri) cari ilin ilk 9 ayında 7.5% və ya 11.9 milyon manat azalaraq 147 milyon 322 min manata enib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də