Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinliklər Aİ tərəfinin diqqətinə ÇATDIRILDI

Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinliklər Aİ tərəfinin diqqətinə ÇATDIRILDI


23 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.

 XİN-dən  verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak edib.

 Tərəflər 2013-cü ilin 29 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də