Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün “Qara Cümə”dir: Məşhur endirimli gün necə yaranıb? - FOTOlar




Dilimizdə "Qara Cümə" kimi adlanan "Black Friday" ənənəsi artıq uzun illərdir ki, ölkəmizdə də məşhurlaşan və insanların səbirsizliklə gözlədiyi bir hadisədir. Bəs, bu "Qara Cümə" nə məna verir? 

Sizə "Black Friday"in qısa tarixçəsini  təqdim edir:

"Qara Cümə" Amerikada noyabr ayında qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri şükran günündən sonrakı gün ABŞ-ın yeni il alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Ancaq "Qara Cümə" termini son əsrlərə qədər elə də çox populyar deyildi. Həmin gün bir çox mağazalarda böyük endirimlər təqdim edilir və ticarət mərkəzlərinin açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayıb, gecə saatlarına qədər davam edir. Hətta bəzi məşhur şirkətlər öz məhsullarına 80%-ə qədər endirim edirlər. 

Xatırladaq ki, "Black Friday" əslində rəsmi bir tətil deyil. Ancaq həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında dövlət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında iş günü hesab olunmur. Məktəblərdə, bağçalarda və bir çox iş yerlərində isə həm Şükran günü, həm də ondan sonrakı cümə tətil elan olunur. Bununla da şənbə və bazar da daxil olmaqla dörd günlük tətil olur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də