Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏBİB: Hepatit A virusuna yoluxma müşahidə edilir



"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".

Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

"Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də