Estoniya Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa tələsmir, çünki Estoniya sərhədindəki miqrasiya təzyiqi hələ bunu tələb etmir.
Bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets danışıb.
Onun sözlərinə görə, Tallin bunu sadəcə “fəaliyyətini göstərmək və ya imici naminə” etməyəcək.
"Estoniya o qədər də zəif deyil ki, bir həftə ərzində onlarla miqrantın öhdəsindən gələ bilməyəcək", - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.