Moskvada fırıldaqçılar 12 yaşlı məktəbli qızı nənəsini avtomobil vurduğuna inandırıb və uşağı valideynlərinin bütün əmanətlərini onlara verməyə məcbur ediblər.
Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
12 yaşlı qız evdə tək olarkən naməlum şəxslər ona zəng vurublar, qız nənəsinin ona zəng etdiyini zənn edib.
Bir müddət sonra uşağa yenidən zəng gəlib. Tanımadığı bir səs uşağa nənəsini maşın vurduğunu sbildirib. Onu xilas etmək üçün təcili olaraq 600 min rubl lazım olduğu bildirilib.