
Minsk görüşündən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçıları milli təhlükəsizlik məsələlərinə dair 15 sənəd imzalayıblar.
“Bütün məsələlər KTMT-nin nizamnamə orqanlarının iclaslarında nəzərdən keçirilib və təsdiq edilib və imzalanmağa hazırdır”, - deyə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov plenar iclasda bildirib.
Tədbirdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təşkilatın işinin əsas prinsiplərini özündə əks etdirən bəyannaməsi təsdiq edilib.