Prezident İlham Əliyev Paşinyanla əl-ələ görüşmədi - Moskva görüşü belə başladı - VİDEO!
Rusiyanın paytaxtı Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçirilir.
RegionTV.info xəbər verir ki, tərəflər danışıqlar salonuna müxtəlif qapılardan daxil olublar.
Rusiya prezidenti Putin Prezident İlham Əliyevlə əl sıxıb görüşdü. Sonra Rusiya lideri Paşinyana salam verdi. Liderlər dairəvi masaya əyləşdilər. Paşinyan və İlham Əliyev isə bir-birlərinə uzaqdan salam verdilər.
Xatırladaq ki, üçtərəfli danışıqların mövzuları arasında rabitə kanallarının blokadadan çıxarılması və əsirlərin geri qaytarılması məsələləri var.
Paşinyanın müxalifləri isə görüş zamanı Ermənistanın maraqlarına zərər verən bir sənədin imzalanacağını düşünürlər.