Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Volodin Çində rus dilini öyrənənləri təriflədi: İşsiz qalmayacaqsınız...

Volodin Çində rus dilini öyrənənləri təriflədi: İşsiz qalmayacaqsınız...


"Hesab edirəm ki, rus və çin dillərinə tələbat artacaq".

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Çinin Nankinq Universitetinin rus dilini öyrənən professor-müəllim heyəti və tələbələri ilə görüşündə deyib:

 “Başqa dillərə tələbat azalacaq, rus və çin dillərinə isə yalnız artacaq. Sizi və həm rus, həm də çin dilini seçən tələbələri təbrik etmək istəyirəm. Siz özünüz üçün maraqlı gələcək seçmisiniz, mütləq işsiz qalmayacaqsınız”.

 Dövlət Dumasının spikeri bildirib ki, Rusiya universitetlərində 37 mindən çox Çin vətəndaşı təhsil alır: "Bu da 2021-ci illə müqayisədə 4.5 min nəfər çoxdur. Çin universitetlərində 7.5 min rusiyalı təhsil alır".

 Onun fikrincə, Rusiya Federasiyası və Çində təhsil almaq istəyənlərin artım dinamikası yüksəkdir: “Lakin istənilən halda bu kifayət deyil. Tələbələrin sayının artması üçün təhsil mübadiləsini artırmaq çox vacibdir. Biz bir-birimizi daha yaxından tanıyacağıq. Bu o deməkdir ki, münasibətlərimizdə daha çox sabitlik olacaq”.

 Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Statistika Departamentinin məlumatına görə, bundan əvvəl Rusiya Federasiyasında çincə dil kurslarına tələbat avqust ayına qədər 600% artıb. Koreya dilini təxminən 5 dəfə, türk dilini mənimsəmək üçün qrupların sayı isə 20 dəfə artıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də