Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Suriyadan gətirilən 12 nəfərin sosial-psixoloji dəstək işlərinə başlanıldı

Suriyadan gətirilən 12 nəfərin sosial-psixoloji dəstək işlərinə başlanıldı


Suriyadan Azərbaycana gətirilən 12 nəfərlə (4-ü qadın, 8-i uşaq) bağlı sosial-psixoloji dəstək işlərinə başlanıb.

 Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Suriyadan repatriasiya olunan şəxslər nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb. Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən onların sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək və hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

 Repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

 Ölkəyə qaytarılan vətəndaşlarımızın cəmiyyətə re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif dərnəklərə cəlb edilirlər.

 




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də