Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qızıl Aypara Qəzzadakı xəstəxanadan 190 nəfərin təxliyə edildiyini açıqlayıb



Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) sosial şəbəkə hesabında bildirib ki, Qəzza şəhərinin Əl-Şifa xəstəxanasından anklavın cənubundakı yaralılar və xəstələr də daxil olmaqla 190 nəfər təxliyə edilib.

 “Bu gün Fələstin Qızıl Aypara Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının qrupları 190 yaralı və xəstəni, onları müşayiət edən şəxsləri və bir sıra tibbi qrupları Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasından Qəzza zolağının cənubundakı digər xəstəxanalara təxliyyə edib”, - deyə məlumatda bildirilir.

 Cəmiyyət yaralıların və tibb işçilərinin hələ də xəstəxanada olduğunu qeyd edib.

 Yaralılar Xan Yunisdəki Avropa Xəstəxanasına, dializdə olan xəstələr isə Rəfahdakı Əbu Yusif əl-Nəccar xəstəxanasına köçürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də