
Yanğın zamanı işçilər arasında xəsarət alanlar var.
Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
"Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək temperatur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz temperaturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin".