Bu gün Xətai rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azəriqaz İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 23.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.