Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib? - ŞOK ADLAR



Sabunçu Rayon Məhkəməsinə bu ilin yayında "Sea Breeze"də oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi davayla bağlı cinayət dosyesi daxil olub.

Hakim qarşısına təqsirləndirilən şəxs qismində 4 nəfər - Peyman Rəhman oğlu Vəlizadə, Elmir Üzeyir oğlu İsmayılov, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədli çıxarılır. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar.

 İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.

 Bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də "Sea Breeze Resort" istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi.

 Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı.

 Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda "Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?" sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.

 

Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.

 

- "Mercedes GL-Class 63" markalı, 90-ZZ-009 avtomobil

- "Porsche Panamera" markalı, 90-ZZ-009 nömrəli avtomobil


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də