İsrailin keçmiş baş naziri Ehud Barak bildirib ki, Qəzza zolağında Əl-Şifa xəstəxanasının altındakı tunellər on illər əvvəl İsrail işçiləri tərəfindən inşa edilib.
Onun sözlərini CNN yayıb.
O xatırladıb ki, İsrail on illər əvvəl əraziyə nəzarət edib.
"Biz onlara bu kompleksin çox məhdud ölçüsündə xəstəxananın işləməsi üçün daha çox yer təmin etmək üçün bunkerləri tikməyə kömək etdik", deyə Barak bildirib.
Bundan əvvəl İsrail hərbçiləri Qəzza zolağındakı ən böyük xəstəxana olan Əl-Şifanın altında 55 metrlik tunel aşkarlandığını açıqlamışdı.
Tunel birbaşa tibb kompleksinin altında yerləşib. Tunelin içərisinə pilləkən vasitəsilə daxil olmaq olardı, onun sonunda partlayışlardan qoruyan xüsusi bir qapı var idi.
İDF tunelin HƏMAS-ın komanda mərkəzlərinə və yeraltı obyektlərinə daxil olmaq üçün istifadə edildiyini ehtimal edir.
Borrell daha əvvəl HƏMAS-ın yeraltı tunellərinin mövcudluğundan əmin olmadığını etiraf etmişdi.
Müəlif:Nig