Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Prokurorluq açıqlama yaydı




Qazax və Daşkəsəndə təbiətə 523 min manatdan artıq ziyan vurulub, sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” əhəngdaşı yatağında “Arzulu” firması, “Müstəqil Bənna” kiçik müəssisəsi və “Aysel-Asiman” MMC tərəfindən, “Coğazçay” qum-çınqıl yatağında “Coğaz” MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən “Əmirvar” mərmərləşmiş əhəngdaşı yatağında isə “Qoşqar-Mədən” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də