Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının paytaxtının Qroznıdan köçürülməsi ideyasına münasibət bildirib.
O, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun ictimai nəqliyyatın böyük partiyasının videobağlantı vasitəsilə bir sıra regionlara daşınmasına həsr olunmuş tədbirdə məruzəsindən sonra bildirib.
Dövlət başçısı xatırladıb ki, Qroznıda demək olar ki, hər şey yerlə-yeksan edildiyi üçün Çeçenistanın paytaxtını başqa yerə köçürmək barədə fikirləşdikləri bir an olub. Onun sözlərinə görə, “indi bu fikirlər qəribə görünür”, çünki respublikanın paytaxtı gözəl şəhərdir.
Putin tədbirdə həmçinin Çeçenistanın transformasiya olunduğunu, lakin “hələ çox iş görülməli olduğunu” deyib.
Bundan əvvəl Ramzan Kadırov bildirib ki, Qroznı və Mariupol arasında qardaşlaşmış şəhər münasibətləri yaranıb.