Kremlin yaydığı məlumata görə bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar baş tutacaq. Məlumatda “10 noyabr” razılaşmasının detallarının müzakirə olunacağı bildirilir.
RegionTV.info-nun məlumatına görə Bu barədə danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın Baş Nazirinin mətbuat xidmətinin rəhbərinin yaydığı məlumatda görüşdə ən birinci kommunikasiya məsələlərin müzakirə olunacağı öz əksini tapıb:
"Kommunikasiyalar dedikdə Azərbaycandan Naxçıvana gedən yol, Mehri dəhlizi, Azərbaycandan Ermənistana gedən dəmir yol, elektrik və telefon rabitə sistemləri nəzərdə tutulur. Laçın dəhlizinə nəzarət məsələsi də Azərbaycan tərəfindən qaldırılacaq məsələdir. Buraxılış məntəqələrində rus sülhməramlılarından əlavə Azərbaycan Sərhəd qoşunlarının nümayəndələrinin yerləşdirilməsi tələb oluncaq. Əsas məsələlərdən biri də Arayik Artyunyanın orada təşkil etdiyi hökümətə görə Azərbaycanın onun haqqında həbs qərarına əsasən saxlanılıb, Azərbaycana verilməsidir. Eyni zamanda sülhməramlıların öz səlahiyyətlərindən kənara çıxıb siyasətlə məşğul olmasının qəbuledilməzliyi də müzakirə oluna bilər".
Politoloq Fransa parlamentinin nümayəndələrinin Xankəndinə gətirilməsində sülhməramlıların əsas rolu olduğunu qeyd edib. "Gələcəkdə sülh sazişinin fundamental prinsipial məsələləri indidən müəyyənləşdirilməlidir. Həmçinin Ermənistanın qaçaq quldur dəstələri Xankəndi, Xocalı, Ağdərədən çıxmalıdır. Əks təqdirdə Azərbaycan onlara qarşı anti terror əməliyyatına başlayacaq. Onların çıxarılmasına görə yeni bir dəstədə hazrılanıb".
Qeyd edək ki, Rusiya KİV-inin son məlumatına görə Paşinyan artıq Moskvadadır. Prezident İlham Əliyevi avtomobil karvanı Kreml Sarayına doğru hərəkət edir.
Xəbəri paylaş