Nizami rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsində yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Bu hadisə ətrafda yaşayan sakinləri qorxuya salıb.
Elektrik xəttinin yaxınlığında ev və obyektlərin olması təhlükəni bir qədər də artırır.
Mövzuya münasibət bildirən ''Azərişıq'' ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu hadisənin iki gün əvvəl baş verdiyini xatırladıb.
Onun sözlərinə görə, sözügedən elektrik xətti 1951-ci ildə istifadəyə verilib və həmin vaxt orada tikili olmayıb.
Sakinlərin özləri də bu faktı təsdiq ediblər. Onlar evlərini ötən əsrin 90-cı illərində inşa etdiklərini bildiriblər.
Elektrik xəttinin yaxınlığında ev və obyektlərin olması təhlükəni bir qədər də artırır.