
Aİ-nin 27 ölkəsinin səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin ilk müzakirəsini keçiriblər.
Bu barədə TASS məlumat yayıb.
“Bəli, bu gün səfirlərin iştirakı ilə ilk müzakirə oldu. Bu göstərdi ki, paketin razılaşdırılmasına hələ çox yol var”, - deyə hesabatda qeyd olunur.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin 14 Rusiya şirkəti və 3 dəniz gəmisinə qarşı sanksiyalar tətbiq etdiyi bildirilirdi. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına “VNIIR Transstroy”, “VNIIR Promelektro”, “VNIIR Gidroelektroavtomatika”, eləcə də Liberiyada qeydiyyatdan keçmiş “Progress” gəmiçilik şirkəti əlavə edilib.