Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan:"İndi İsrailin nüvə silahı varmı?"



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahına malik olduğunu, lakin bunu etiraf etmədiyini bildirib.

Ərdoğan bu  sözləri Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib.

 “İndi İsrailin nüvə silahı varmı? Bəli, amma İsraildən soruşsan, bəli deməyəcəklər. Çünki yalandan çox yaxşı istifadə edirlər”-deyə Türkiyə lideri bildirib.

 Bundan əvvəl Ərdoğan İsraili “terrorçu dövlət” adlandırmışdı. O, Türkiyə parlamentində çıxışı zamanı bildirib ki, İsrail Qəzzanı terror edir və ona görə də belə adlandırılmağa layiqdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də