Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya benzinin ixracına qoyulan qadağanı ləğv edib




Rusiya hökuməti Rusiya Federasiyasından benzinin ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Bu barədə Rusiya Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

 “Rusiya Federasiyası Hökuməti daxili avtomobil yanacağı bazarında qiymət vəziyyətini sabitləşdirmək üçün tədbirlər kompleksi çərçivəsində sentyabrın 21-də tətbiq edilən avtomobil benzininin ixracına müvəqqəti qadağanın noyabrın 17-dən ləğv edilməsi barədə qərar qəbul edib. ”, - departamentin açıqlamasında bildirilir.

 Nazirliyin məlumatına görə, son iki ayda Rusiya Federasiyasının daxili bazarı yanacaqla doyub, nəticədə təklif profisiti yaranıb ki, bu da birjada benzinin topdansatış qiymətlərinin azalmasına səbəb olub. İdarə aydınlaşdırıb ki, hazırkı yanacaq ehtiyatları təxminən 2 milyon tona çatır.

 Bununla yanaşı, Energetika Nazirliyi qeyd edir ki, qış fəsli yaxınlaşır, benzinə tələbat azalır ki, bu da neft emalı zavodlarının və benzin istehsalçılarının iş yükünün tezliklə azalacağı anlamına gəlir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də